Kobi Meyno "Çelsi"yə transfer olacaq?
"Mançester Yunayted"in ingiltərəli futbolçusu Kobi Meyno "Çelsi"nin maraq dairəsinə düşüb.
Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki, London klubu Meyno üçün mövsümün sonunda "Mançester Yunayted"ə rəsmi təklif göndərəcək.
19 yaşlı yarımmüdafiəçinin hazır ki dəyəri "Transfermarkt" portalına görə 55 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Meyno bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.