Komandalarımız Antalyada son oyuna çıxırlar

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan klubları son yoxlama oyunlarına çıxacaqlar.

Sportline.az xəbər verir ki, söhbət "Qarabağ", "Sumqayıt", "Qəbələ" və "Səbail" komandalarından gedir. Ağdam təmsilçisi bu gün iki görüş keçirəcək. Azərbaycan çempionu,  Bakı vaxtı ilə saat 12:30-da Çexiyanın "Siqma", 18:30-da isə Polşanın "Vİsla" (Plok) klubu ilə üz-üzə gələcək.

"Sumqayıt" Qazaxıstan təmsilçisi “Şaxtyor" (Karaqanda) münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmanın Baxkı vaxtı ilə saat 18:00-da başlaması nəzərdə tutulub. "Səbail"in Polşa "Korona"sı ilə matçı Bakı vaxtı ilə saat 16:00-da olacaq.

Nəhayət "Qəbələ" sonuncu yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gələcək. Görüşün start fiti saat 18:30-da çalınacaq.

Qeyd edək ki, "Qarabağ" qonşu ölkədəki ilk sınağında Rumıniyanın "Akademika Klinçeni" klubu ilə bərabərə qalıb - 2:2. Ağdam təmsilçisi daha sonra Qazaxıstan təmsilçisi "Jetisu"nu minimal hesabla üstələyib - 1:0. İlk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan "Qəbələ" ardından Rusiya təmsilçisi "Çayka"nı 3 cavabsız qolla üstələyib. "Qırmızı-qaralar" daha sonra Bolqarıstan "Etar"ı ilə qolsuz bərabərə qalıb. Macarıstanın "Kaposvar" komandasına məğlub olan (3:4) "Sumqayıt" Rumıniya "Politexnika"sı ilə heç-heçə edib - 1:1. "Gənclik şəhəri təmsilçisi Polşa "Arka"sını isə məğlub edib - 1:0. Qazaxıstanın "Jetisu" klubuna 0:1, Ukraynanın "Olimpik" (Donetsk) komandasına 1:3 hesabı ilə məğlub olan "Səbail" Rumıniya "Voluntari"si ilə heç-heçə edib - 2:2