Komandamız Makedoniya ilə qarşılaşacaq

Antalyada hazırlıq prosesi keçən 19 yaşlılardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Makedoniyanın U-19 yığması ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Milli bundan əvvəl "Alanyaspor"un 19 yaşlılardan ibarət kollektivinə 4:2 hesabı ilə qalib gəlib.