Komandamıza dəvət olunan 23 futbolçu - SİYAHI

19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası yanvarın 14-dən 17-dək Bakıda, 18-dən 28-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Samir Əliyev hazırlıq prosesi üçün 23 oyunçuya dəvət göndərib.

Seçmə yanvarın 25-də və 27-də isə Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

Milliyə dəvət olunan futbolçular: Rüstəm Samiqqulin, Nemət Musayev, Nazim Həsənzadə, Balamirzə Sultanov (hamısı "Sabah"), Vüsal Şabanov ("Zaqatala"), Müşviq Nadirov, Nemət Şixamirov, Rüfət Əhmədov, Tural Nəsirov, Samir Məhərrəmli, Veysəl Rzayev (hamısı "Qəbələ"), Emil Bayramov ("Obolon" Kiyev, Ukrayna), Şamil Cəfərov, Elvin Əliyev  (hər ikisi "Səbail"), Şirin Şirinov, İbrahim Novruzov, Samir Abdullayev (hamısı "Keşlə"), Raul Musayev ("Zirə"), Fərid Yusifli ("Neftçi"), Asif Mirzaev ("Torpedo Moskov, Rusiya), Elçin Qasımov ("Turan Tovuz"), Mustafa Yıldırım ("Alanyaspor" Turkiyə), Camal Cəfərov ("Anji" Mahaçkala, Rusiya).