"Kremoneze"nin yeni baş məşqçisi bilinib
İtaliyanın "Kremoneze" klubuna yeni baş məşqçi təyin olunub.
Sportline.az xəbər verir ki, A Seriyasına vəsiqə qazanan komandanı bundan sonra Davide Nikola çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
İtaliyalı mütəxəssislə 2027-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.