Kubok oyunu daşqına görə təxirə salındı

İspaniya kubokunun "Parla" - "Valensiya" görüşü təxirə salınıb.

Sportline.az xəbər verir ki, bu haqda Valensiya təmsilçisinin rəsmi səhifəsində məlumat yayılıb.

1/64 final mərhələsinin oyununun təxirə düşməsinə səbəb əlverişsiz hava şəraitidir.

"Dana" qasırğasının yaratdığı daşqın Valensiya - Madrid dəmir yolunu sıradan çıxardığından qonaq komanda matçın təxirə salınması ilə bağlı müraciət edib.

Oyunun hansı tarixdə keçiriləcəyi hələ ki, məlum deyil.