La Liqada ayın ən yaxşı futbolçu mükafatının namizədləri açıqlanıb

İspaniya Çempionatında oktyabr ayı üçün nəzərdə tutulmuş ən yaxşı oyunçu mükafatına namizədlər açıqlanıb.

Sportline.az La Liqanın rəsmi saytına istinadən xəbər verir ki, “Real” dan Vinisius, “Atletiko”dan Qrizman, “Barselona”dan Levandovski, “Real Sosiyedad”dan Mikel Oyarzabal “Bilbao”dan isə Aleks Berenqer namizəd kimi irəli sürülüb.

Qeyd edək ki, bu mükafatın sahibi oktyabrın 28-də bəlli olacaq.