Lamin Yamal: “Barselona”nın tarixində əfsanə olaraq qalmaq istəyirəm”
“Barselona”nın 17 yaşlı ulduz futbolçusu L.Yamal maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, ispaniyalı futbolçu jurnalistlərə müsahibə verərkən bu fikirləri səsləndirib;
“Barselona” böyük klubdur. Məndə bu klubun tarixinə keçmək istəyirəm. “Barselona”nın tarixində əfsanə olaraq qalmaq istəyirəm. Bu klubun bir parçası olmaq qürur vericidir. Bu mirası davam etdirmək mənim üçün şərəfdir”, - deyə Lamin Yamal bildirib.
Qeyd edək ki, L.Yamal bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 5 qol və 7 asistlə yadda qalıb.