Laport: “Real Madrid”də hər kəs oynamaq istəyir”
“Əl-Nəsr”in ispaniyalı futbolçusu Emerik Laportun yanvarda klubdan ayrılacağı gözlənilir.
Sportline.az insayder Fabritsio Romanun paylaşımına istinadən xəbər verir ki, “Real Madrid” klubu Laportun transferi üçün hərəkətə keçib. "Real Madrid" ilə "Əl-Nəsr" klubları arasında danışıqlar davam edir.
Laport isə öz açıqlamasında bu fikirləri səsləndirib;
“Real Madrid”də hər kəs oynamaq istəyir. Orada çıxış etmək hər futbolçunun xəyalıdır. Nə olacağını zamanla görəcəyik”, - deyə Emerik Laport bildirib.
Qeyd edək ki, “Real Madrid” rəhbərliyi Laport üçün “Əl-Nəsr” klubuna 20 milyon avroluq rəsmi təklif göndərib.