“Leipziq” “Benfika”ya 20 milyon avro ödəməyə hazırdır

"Benfika"nın norveçli futbolçusu Andreas Şeldurup karyerasını "Leipziq"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "O Jogo" nəşri məlumat yayıb.

Almaniya klubu 21 yaşlı forvard üçün 20 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Şeldurupun "Benfika" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.