Levandovski "ən yaxşı" oldu

Almaniya Bundesliqasında mövsümün ilk yarısının ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az xəbər verir ki, "Kicker"in keçirdiyi sorğuda “Bayern”in hücumçusu Robert Levandovski qalib olub. Polşalı futbolçu sorğuda 47,7 faiz səs yığıb.

“Leyptsiq”in hücumçusu Timo Verner (14,6 faiz) ikinci, Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Ceydon Sanço isə (6,7) üçüncü olub.

31 yaşlı hücumçu mövsümün ilk yarısı çempionatda 19 qol vurub.