Levandovski: "Kloppun inanılmaz xarizması var"

"Bavariya"nın futbolçusu Robert Levandovski "Liverpul"un baş məşqçisi Yürgen Klopp haqda müsbət fikirlər səsləndirib.

Sportline.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, 2010-2014-cü illərdə "Borussiya"da baş məşqçisi olan alman mütəxəssisin ona çox kömək etdiyini deyib:

"Borussiya"da bir insan olaraq inkişaf etməyimə kömək edən biri ilə tanış olmaq şansım oldu. Klopp mənə çox şey öyrətdi. O, mənə futbol dünyasının qapılarını açdı. İnanılmaz xarizması var, oyunçularla söhbətdə zarafatı və ciddi tənqidi necə düzgün birləşdirmək lazım olduğunu bilir".