"Liverpul" 17 yaşlı futbolçu ilə müqavilə imzaladı

“Liverpul” futbolçusu Tomas Hill ilə peşəkar müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

6 yaşından “Liverpul”un akademiyasında olan Hill, bu mövsüm Mersisayd təmsilçisinin əsas komandasında debüt edib.