"Liverpul" Darvinlə yollarını ayırır
"Liverpul" uruqvaylı futbolçusu Darvin Nunyeslə yollarını ayıracaq.
Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, Mersisayd klubu Nunyesi satmaq qərarına gəlib.
25 yaşlı hücumçunun transfer qiyməti 60 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Darvin Nunyes bu mövsüm çıxış etdiyi 40 matçda 7 qol və 7 asistlə yadda qalıb.