"Liverpul" kubokda mərhələ adladı

İngiltərə FA kubokunda 1/16 finalın oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Liverpul" ilk oyunda 2:2 hesablı heç-heçə etdiyi "Şrusberi"ni qəbul edib. "Qırmızılar" U-23 komandası ilə meydana çıxıb və 1:0 hesablı qələbə ilə 1/8 finala adlayıb.

Mersisaydlılar 1/8 finalda "Çelsi"yə rəqib olub. 

"Liverpul" - "Şrusberi" - 1:0

Qol: Ro-Şon Uilliams, 75 (avtoqol)