"Liverpul" stoperi üçün 40 milyon avro tələb edir
"Liverpul" fransalı stoperi İbrahima Konate üçün 40 milyon avro tələb edir.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid", "Paris Sen-Jermen" və "Əl-Hilal" 26 yaşlı futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.
Konatenin "Liverpul"la müqaviləsi gələn ilin yayında başa çatacaq.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində meydana çıxdığı 242 matçda 10 qol 5 asistlə yadda qalıb.