Mahir Emrelinin adı daha bir məşhur klubla hallanır

"Qarabağ"ın və milli komandamızın hücumçusu Mahir Emrelinin adı daha bir məşhur klubla yanaşı çəkilir. 

Sportline.az xəbər verir ki, Türkiyə mətbuatında onunla "Fənərbaxça"nın maraqlandığı haqda məlumat yayılıb.

Milli komandanın 22 yaşlı futbolçusu, bu mövsüm 25 oyuna 7 qol vurub, 6 məhsuldar ötürmə edib.

Qeyd edək ki, onun Ağdam klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.