Mahir Emrelinin mükəmməl zərbəsi

“Qarabağ”ın mətbuat xidməti Antalya toplanışı zamanı keçirilən yoxlama oyunlarında vurulan qolların videosunu paylaşıb.

Sportline.az xəbər verir ki, bu qollar arasında Mahir Emrelinin Qazaxıstanın "Jetisu" klubuna uzaq məsafədən vurduğu qol möhtəşəmliyi ilə seçilir.



Xatırladaq ki, Ağdam təmsilçisi hazırlıq çərçivəsində Rumıniyanın "Akademiya Klinçeni” (2:2), Qazaxıstanın “Jetisu” (1:0), Çexiyanın “Siqma” (1:3) və Polşanın “Visla” (2:3) klubları ilə qarşılaşıb