"Mançester Siti" şokda: 2 il Avrokuboklarda olmayacaq

UEFA İngiltərənin "Mançester Siti" klubunu cəzalandırıb.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, Maliyyə Feyr-Pley qaydalarına əməl etməyən "şəhərlilər" 2 il Avropa Kuboklarından uzaqlaşdırılıb. Bundan əlavə, Mançester təmsilçisi 30 milyon avro cərimə edilib.

"Mançester Siti" 2020/2021 və 2021/2022-ci illər mövsümündə Avropa turnirlərində iştirak etməyəcək.

"Mançester Siti"nin CAS-a şikayət etmək hüququ var.