"Mançester Yunayted" ispaniyalı futbolçunun xidmətində maraqlıdır
"Mançester Yunayted" "Paris Sen-Jermen"in ispaniyalı futbolçusu Fabian Ruizi heyətinə qatmaq niyyətindədir.
Sportline.az "Foot Mercato"ya istinadən xəbər verir ki, PSJ 29 yaşlı futbolçunu satmaq istəmir.
Lakin İngiltərə klubu F.Ruiz üçün 60 milyon avro ödəməyə hazırdır.
Təcrübəli yarımmüdafiəçi PSJ-yə 2022-ci ilin yayında "Napoli"dən 22.5 milyon avro qarşılığında transfer olunmuşdu.