“Mançester Yunayted”dən yeni həmlə
"Mançester Yunayted" "Brentford"un kamerunlu futbolçusu Brayan Embumunu transfer etməyə yaxındır.
Sportline.az jurnalist Kris Velerin məlumatına istinadən xəbər verir ki, Embumu Mançester klubuna keçməyə razılıq verib.
Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Embumu bu mövsüm meydana çıxdığı 42 matçda 20 qol 8 asistlə yadda qalıb.