Markao “Sevilya”dan ayrılmağa yaxındır
“Sevilya”nın brazilyalı müdafiəçisi Markaonun yanvarda klubdan ayrılacağı dəqiqləşib.
Sportline.az “Estadio Deportivo” nəşrinə istinadən xəbər verir ki, “Sevilya” rəhbərliyi 28 yaşlı futbolçunun çıxışından narazıdır.
Marcao üçün Türkiyə və Səudiyyə Ərəbistanı klublarından təklif gəldiyi qeyd olunur. Lakin təcrübəli futbolçu bu təklifləri rədd edib.
Qeyd edək ki, Markaonun yanvarda azad agent olacağı bildirilir.