Mayk Tayson və Ronaldo Nazario bir araya gəlib

Məşhur amerikalı boksçu Mayk Tayson öz sosial şəbəkəsində əfsanəvi braziliyalı futbolçu Ronaldo ilə fotosunu paylaşıb.

Sportline.az Championat.com-a istinalda xəbər verir ki, Tayson sosial mediada paylaşdığı şəklin altına "Fenomen və Dəmir Mayk" yazıb.

Peşəkar karyerası ərzində Tayson 58 döyüşdə iştirak edib, 50 qələbə (44 nokautla) və 6 məğlubiyyət alıb. Məşhur idmançının iştirak etdiyi iki döyüş etibarsız sayılıb. Maykın indi 57 yaşı var.

Ronaldo bir çox ekspertlər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri hesab olunur. O, iki dəfə “Qızıl top”un qalibi olub, eyni zamanda “Qızıl buts”u da qazanıb. Ronaldonun hazırda 47 yaşı var.