Maykl Essyen - 10

"Səbail"in ulduz futbolçusu Maykl Essyen forma nömrəsini dəyişib.

Sportline.az xəbər verir ki, qanalı yarımmüdafiəçi bundan sonra 10 nömrəli forma altında çıxış edəcək. 37 yaşlı oyunçu daha əvvəl 6 nömrəli formada idi.

Essyen "Qarabağ"la görüşdə yeni forma nömrəsi ilə mübarizə aparacaq.

Bunadək "Səbail"in "10 nömrə"si "Zirə"yə transfer olan Ağabala Ramazanov idi.