Maykl Essyenin Aftandil Hacıyevdən xahişi

"Səbail" bir neçə gündür qış hazırlığına başlasa da, Maykl Essyen yalnız dünən Azərbaycana gəlib.

Sportline.az Sportinfo.az-a istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçi Bakıya ayaq basar-basmaz klub nümayəndələri ilə görüşüb.

Aftandil Hacıyevin onunla yolları ayırmaq istəməsini özü üçün dəqiqləşdirən 38 yaşlı legioner bir xahişinin baş məşqçiyə çatdırılmasını istəyib.

Afrikalı məşhur müqaviləsinin bitməsinə 4 ay qaldığını, daha sonra kareyrasına birdəfəlik son qoyacağını söyləyib. Essyen bu arada komandadan uzaqlaşdırılmasının imicinə zərbə vuracağını iddia edib.

"Çelsi"nin sabiq ulduzu qarşıdakı həftələrdə daha çox çalışacağını, əvvəlki kimi şou tipli beynəlxalq tədbirlərə getməyəcəyini bildirib: "Mənə sonuncu dəfə şans verin".