Mbappedən antirekord
“Real Madrid”in ulduz futbolçusu Kilian Mbappe İspaniya La Liqasının 11-ci turunda “Barselona” ilə oyunda (0:4) səkkiz dəfə ofsayta düşərək antirekorda imza atıb.
Sportline.az xəbər verir ki, Mbappe 2017/2018 mövsümündən bu yana Avropanın top-5 liqasında bir oyunda yeddi dəfədən çox ofsayta düşən ilk futbolçu olub.
Qeyd edək ki, həmin matçda Mbappenin 2 qolu ofsayt səbəbindən ləğv edilmişdi.