Məşqçilərin 1-ci dərəcəli texniki kursu yekunlaşıb
Atletika məşqçiləri üçün təçkil olunan 1-ci dərəcəli kurslar yekunlaşıb.
Sportline.az xəbər verir ki, Milli Olimpiya Komitəsində kursun təltifetmə mərasimi olub. Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Atletika Federasiyasının dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilərin 1-ci dərəcəli texniki kursları başa çatıb.
10 illik fasilədən sonra 2-ci dəfə keçirilən kursun təltifetmə mərasimində Azərbaycan Atletika Federasiyasının prezidenti, yerli komitənin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmilər iştirak ediblər. Çingiz Hüseynzadə layihənin məqsədinin beynəlxalq dərəcəli atletika məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin artırılması olduğunu bildirib. Tədbirin yekununda kurs iştirakçılarına beynəlxalq və yerli Atletika federasiyasının sertifikatları təqdim olunub.