Məsut Özil qərarını açıqladı

"Arsenal"ın türk əsilli futbolçusu Mesut Özil karyerası ilə bağlı qırarını açıqlayıb.

Sportline.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi London klubundan ayrılmaq fikrində olmadığını bildirib.
 
"Müqaviləm var və çox məmnunam. Bu mövsüm və növbəti mövsüm də burada qalacağam. Gələcəkdə nə olacağını bilmirəm. Mikel Arteta "Arsenal"a özünəməxsus üstünlüklər qatır- mübarizə, topa sahib olma, oyuna nəzarət. O, yaxşı işləyir, hamı sevinir. Bizə uğur gətirir".

Qeyd edək ki, Özil bu mövsüm Premyer Liqada keçirdiyi 12 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.