"Milan"ın gözü "Brügge"nin futbolçusuna düşüb

"Milan" Ardon Yaşarinin transferi üçün 33 milyon avro və əlavə 5 milyon avro bonus təqdim edib.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, daha öncə İtaliya təmsilçisi bonuslar nəzərə alınmadan 30 milyon avro məbləğində təklif irəli sürmüşdü.

22 yaşlı dayaq yarımmüdafiəçi daha əvvəl "Brügge" klubuna "Milan"da oynamaq istədiyini açıqlayıb.

Geridə qalan mövsümdə Yaşari bütün yarışlarda ümumilikdə 52 matçda iştirak edib, 4 dəfə rəqib qapısına yol tapıb və 6 məhsuldar ötürmə ilə yadda qalıb.