Millimizin üzvü üçün yeni baş məşqçi

Millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Albasete"nin yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Lukas Alkaras təyin edilib. Onunla bu mövsümün sonuna kimi müqavilə imzalanıb. İspan mütəxəssis bu vəzifədə istefaya göndərilən Luis Miqel Ramisi əvəzləyib.

Qeyd edək ki, "Albasete" hazırda İspaniya sequndasında 19-cu pillədə qərarlaşıb.