Milli komanda növbəti oyuna çıxacaq

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət milli komandamız hazırlıq çərçivəsində bu gün sonuncu yoxlama matçına çıxacaq.

Sportline.az xəbər verir ki, rəqib Şimali Makedoniyanın müvafiq yaş qrupundan olan komandasıdır. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Qeyd edək ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda millimiz 2:0 hesabı ilə qalib gəlib.