Milli komanda üçün əcnəbi mütəxəssislərlə danışıqlar aparılır
AFFA İcraiyyə Komitəsinin üzvü, “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov milli komandamızın baş məşqçi vəzifəsinin boş qalması haqda danışıb.
Sportline.az xəbər verir ki, o, bu gün jurnalistlərə açıqlamasında hazırda əcnəbi mütəxəsisslərlə danışıqlar aparıldığını bildirib: “AFFA İcraiyyə Komitəsinin iclası olacaq. Xaricdə bir neçə mütəxəssislə danışıq aparılır. Məncə, bunu zamanın öhdəsinə buraxaq. Bu qərarı mən verə bilmərəm, İcraiyyə Komitəsi, AFFA prezidenti, futbol ictimaiyyəti var. Şəxsi fikrim belədir ki, bizə təcrübəli məşqçi lazımdır. Həmçinin millinin heyətinin 50 faizinin dəyişdirilməsinin, yeni gənc nəslə üstünlük verilməsinin tərəfdarıyam. Klublarımızda yaxşı futbolçular var. Millinin heyətinin yarısı dəyişdirilməli, futbolla alışıb-yanan, öz üzərində çalışan, futbolu sevən, dedi-qodulara, təzyiqlərə fikir verməyən oyunçular çağırılmalıdır. Hamımız milli komanda üçün çalışmalıyıq, çünki ölkəmizin adını təmsil edir. Şəxsən mənim üçün birinci milli komanda gəlir, sonra "Keşlə".