Milli komandamız məşqləri bərpa etdi
Atletika üzrə seçmə komandamız bu gün açıq havada məşqləri bərpa edib.
Sportline.az xəbər verir ki, bu bunu, üç təkanla tullanma növündə Avropa çempionu Nazim Babayev bildirib.
Hazırlıq prosesi saat 11:00-da Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda başlanıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-dən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib.