Milli komandamızı yoldaşlıq oyunları gözləyir
Milli futbol komandamız Türkiyə və Latviya ilə yoldaşlıq görüşləri keçirəcək.
Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
O bildirib ki, Latviya ilə qarşılaşma Malta ilə bu il martın 30-da keçiriləcək görüşdən əvvəl təşkil olunacaq. Türkiyə ilə görüş mayda səfərdə nəzərdə tutulub.
E.Məmmədov iyunda Uelsə yoldaşlıq görüşünün təşkili barədə də danışıqlar apardıqlarını söyləyib. Bu matçın isə AVRO-2020 ərəfəsində keçiriləcəyi gözlənilir.