Milli komandamızın üzvü zədələndi

Antalyada təlim-məşq toplanışında olan “Keşlə” hücumçusunu itirib.

Sportline.az xəbər verir ki, toplanışın ilk günü Vüsal İsgəndərli zədələnərək sıradan çıxıb.

Millimizin üzvü sağ ayağının arxa əzələsində ağrılar olduğu üçün komanda ilə məşqlərə qoşula bilməyib.

Vüsal İsgəndərli “Keşlə”nin dünən “Zvikau”ya qarşı keçirdiyi oyunda da bu səbəbdən iştirak edə bilməyib.

Qeyd edək ki, “qırmızılar” qarşılaşmadan 4:1 hesabı ilə məğlub ayrılıb.