Millimiz dünya çempionatında üçüncü qələbəsini qazanıb

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatında üçüncü qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, seçməmiz Binə Atçılıq Mərkəzində baş tutan görüşdə Türkiyəni 5:0 hesabı ilə məğlub edib.

Azərbaycan millisi üç turdan sonra A qrupunda maksimum nəticə ilə liderdir.

Özbəkistan ikinci, Qazaxıstan üçüncü, Türkiyə dördüncü, Malta isə sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, milli əvvəlki iki görüşdə Qazaxıstan və Malta komandalarını 5:0 hesabı ilə məğlub edib.