Millimiz türkiyəli mütəxəssisə tapşırıla bilər

Türkiyənin "Fənərbağça" futbol komandasının baş məşqçisi Ersun Yanal Azərbaycan millisinin baş məşqçisi ola bilər.

Sportline.az xəbər verir ki, "Report"un "Milliyet"ə istinadən məlumatına görə, 59 yaşlı mütəxəssis Nikola Yurçeviçlə yollarını ayıran Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlər sırasında göstərilir. AFFA İcraiyyə Komitəsinin iclasında onun da namizədliyinin müzakirə olunduğu bildirilir. 

Qeyd edək ki, Ersun Yanal 2018-ci ildən "Fənərbağça"nın sükanı arxasındadır. Onun komandası Türkiyə Superliqasında geridə qalan 19 turdan sonra 37 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.