Millimizin futbolçusu İngiltərədə dubl edib

Milli komandamızın hücumçusu Renat Dadaşov "Vulverhempton"un heyətində növbəti matça çıxıb.

Sportline.az xəbər verir ki, o, U-23 komandasının görüşündə iştirak edib.

Renat "Birmingham County Senior Challenge Cup"da "Tivideyl"lə qarşılaşmada start heyətində yer alıb.

Futbolçumuz komandasının 6:0 hesabı ilə qalib gəldiyi görüşün hər hissəsində bir dəfə fərqlənib.