Millimizin üzvü ermənilər üzərində qələbədə iştirak edib

Millimizin üzvü Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya”, Türkiyə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxıb.
 
Sportline.az xəbər verir ki, Ukrayna təmsilçisi Ermənistanın "Pünik” klubu ilə qarşılaşıb. Oyun "Aleksandriya”nın 5:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Pavel Paşayev meydana start heyətində çıxıb və ikinci hissədə əvəzlənib.