Millimizin üzvü klubunu dəyişdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Sərkan Aydın Türkiyədə klubunu dəyişib.

Sportline.az xəbər verir ki, 16 yaşlı müdafiəçi “Kocaelispor”dan ayrılıb və “Altınordu” ilə müqavilə bağlayıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Aydınla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Sərkan Azərbaycanın U-17 millisində iki oyun keçirib.