Millimizin üzvü qələbəyə sevindi

Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” Türkiyədə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, Ukrayna təmsilçisi Qazaxıstanın "Kaysar" klubu ilə qarşılaşıb. Görüş “Aleksandriya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Paşayev qarşılaşmada əsas heyətdə meydana çıxıb və ikinci hissədə əvəzlənib.