Millimizin üzvü rəsmən yeni klubda

Almaniyanın "Proyssen" klubundan ayrılan Rüfət Dadaşov ABŞ-ın II Liqa təmsilçisi "Feniks Rizinq"lə müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Millimizin hücumçusu 2020-ci ilin sonuna qədər bu komandanın formasını geyinəcək.

28 yaşlı futbolçu transferi ilə bağlı klub saytına açıqlama verib: "Feniks Rizinq"də oynamaq mənim üçün xəyal idi. 2014-cü ildə Azərbaycan millisi ilə ABŞ seçməsinə qarşı oynadığım vaxtdan bəri Amerika futbolunu yaxından izləyirəm və burada böyük inkişaf görmək məni yaxşı mənada təəccübləndirir.

Həqiqətən bu klubun bir parçası olmağı çox istəyirdim. Rik Şantzla danışdıqdan sonra "Feniks" üçün oynamaq istədiyimi 100 faiz qətiləşdirdim. Komanda yoldaşlarımla, azarkeşlərlə görüşmək, Arizonanı görmək və ən əsası, komandaya kömək etmək üçün səbirsizlənirəm".