Millimizin üzvü üçün "Bavariya" və PSJ variantı

İngiltərə mətbuatında “Vulverhempton” U23 komandasının futbolçuları barədə məqalə dərc olunub.

Sportline.az xəbər verir ki, “Theatletic.com” saytı heyətdəki oyunçuların performansını dəyərləndirib.

Millimizin üzvü Renat Dadaşovun da formasını geyindiyi komandanın üzvlərinin yaxın vaxtda Avropanın aparıcı liqalarında çıxış edəcəyi bildirilib:

“Qurdlar”ın heyətində kifayət qədər istedadlı futbolçular var. Komandanın çıxışı olduqca təqdirəlayiqdir. Onların bəziləri Avropanın aparıcı liqalarında mübarizə apara bilərlər. Biz qısa vaxtda bu oyunçuları PSJ, “Bavariya” kimi komandaların heyətində görə bilərik”.

Qeyd edək ki, Renat Dadaşov son oyunlarda “Liverpul” və “Birmingem” U23 komandalarına vurduğu qollarla heyətin əsas üzvlərindən birinə çevrilib. (matç.az)