Millimizin üzvü "Vulverhempton"u məğlubiyyətdən qurtardı

Millimizin üzvü Renat Dadaşov İngitərənin “Vulverhempton” klubunun U-23 komandasında növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, gənc hücumçu Premyer Liqa kubokunun qrup mərhələsində “Birmingem”in müvafiq yaş qruplarından olan komandası ilə görüşə iştirak edib. 90 dəqiqə meydanda olan Dadaşov 75-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qolu vurub. Görüş 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Renatın komandası H qrupunda 4 oyuna 8 xalla liderdir.