Millinin futbolçularından test normativləri götürülüb
Bakı Olimpiya stadionunun süni meydançasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvlərindən fiziki test normativləri götürülüb.
Sportline.az xəbər verir ki, aşağı yaş qrupu üzrə millilərin fiziki hazırlıq üzrə məşqçisi Vladimir Mrdakoviçin keçirdiyi və iki gün davam edən testlər zamanı futbolçuların güc, dözümlülük, koordinasiya və hündürə tullanmaq keyfiyyətləri yoxlanılıb.