Milliyə İngiltərədən futbolçu çağırıldı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandanın fevralın 1-dən 2-dək Bakıda, fevralın 2-dən 12-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandamız hazırlıq müddətində fevralın 6-da Tacikistanın U-17 və fevralın 10-da Danimarkanın "Hellerup" klubu ilə yoxlama oyunları keçirəcək.
Bayram Nəcəfəliyev ("Paxtakor" Özbəkistan), Ağadadaş Salyanski, Elcan Əbilov, Fariz Xeyrullayev (hamısı "Neftçi"), Sahib Həsənov,Qurban Səfərov (hər ikisi "Keşlə"), Rəhman Məmmədov, Xəyal Feyzullayev (hər ikisi "Sumqayıt"), Amin Qarayev, Nəriman Axundzadə, Vasif Fəracov (hamısı "Qarabağ"), İbrahim Ramazanov, Nuğay Rəşidov, İxtiyar Məmiyev, Emil Süleymanov, Sənan Qərimov, Fərid Kələntərov, Namiq Şamilov (hamısı "Qəbələ"), Elxan Zeynalabdinzadə, Firəddin Abdullayev (hər ikisi "Sabah"), Xəyal Əliyev, Nicat Quliyev (hər ikisi "Səbail"), Mahmud Ağayev ("Zirə"), Ayxan Suleymanlı ("İH Mançester" İngiltərə), Aydın Serkan ("Kocaelisport" Türkiyə)