"Mingəçevir" baş məşqçisi ilə vidalaşdı
"Mingəçevir" klubu baş məşqçisi Füzuli Məmmədovla yolları ayırıb.
Sportline.az xəbər verir ki, Məmmədovla yanaşı, köməkçiləri də I liqa təmsilçisini tərk edib.
Füzuli Məmmədov bu ilin yanvarından bu komandanı çalışdırırdı.
"Mingəçevir" onun rəhbərliyi ilə mövsümü 4-cü pillədə başa vurub.