Mirabdullanın dönüşü rəsmiləşdi

İcarə əsasında “Səbail”də forma geyinən Mirabdulla Abbasovun müqavilə ilə məxsus olduğu “Neftçi”yə qayıtmaq üzrə olduğunu xəbər vermişdik.

Sportline.az xəbər verir ki, "Neftçi” yetirməsi Mirabdulla Abbasovun doğma komandaya qayıtdığını rəsmən təsdiqləyib.

Klub rəsmi sosial şəbəkə səhifəsində 24 yaşlı hücumçunun “Səbail”lə icarə müqaviləsinə xitam verildiyini açıqlayıb. O, “Neftçi”də 22 nömrəli formanı geyinəcək.