Moldova millisinin üzvü "Zirə"də

“Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda George Antonla anlaşıb. 27 yaşlı moldovalı yarımmüdafiəçi ilə növbəti mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, George Anton Moldova millisinin də üzvüdür. O, daha əvvəl ölkəsində “Zimbru” və “Şerif” klublarının da şərəfini qoruyub.