Mussa Sounun yeni klubu bəlli oldu

Birləşmiş Ərəb Əmirliklərinin "Şabab Əl-Əhli" klubundan ayrılan Mussa Sou karyerasını İtaliyada davam etdirəcək.

Sportline.az "Sky Italia"ya istinadən xəbər verir ki, seneqallı forvard B Seriyasında mübarizə aparan "Trapani"yə transfer olub.

33 yaşlı hücumçu Fransanın "Renn", "Lill", Türkiyənin "Fənərbağça", "Bursaspor" və "Qaziantep" klublarında çıxış edib.